Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Raxit xəstəliyi olan və südə allergiyası olan uşaqlar üçün sıyıqlar necə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə112/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   108   109   110   111   112   113   114   115   ...   274
Tibb bacisi test suallari

387. Raxit xəstəliyi olan və südə allergiyası olan uşaqlar üçün sıyıqlar necə 
hazırlanır? 
A) Süddə 


114 
B) Tərəvəz həlimində və ya suda
C) Düyü həlimində
D) Ət bulyonunda 
E) Toyuq bulyonunda 
Raxit zamanı südəmər uşağın mikroelementlərə ehtiyacı yüksək olduğu üçün , 
sıyıqlar məsləhət görulür . Südun zülalı obligat allergen olduğu üçün , sıyıqlar 
tərəvəz həlimində və ya suda hazırlanır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск 
«Вышейшая школа» 2002 cтp 80 
 
388. Hansı uşaqlara tərəvəz püresi daha erkən müddətdə təyin edilir? 
A) Hipotrofiyalı uşaqlara 
B) Raxit, anemiyası olan uşaqlara, yarımçıq doğulmuşlara
C) Ekiz doğulmuşlara 
D) Bətndaxili zədələnməsi olan uşaqlara
E) Kesəriyyə əməliyyatı ilə doğulmuş uşaqlara
Raxitli , anemiyali , yarımçıq doğulmuş uşaqlara tərəvəz püresi erkən təyin edilir 
ki , yaranmiş mineral defisiti qida ilə aradan qaldırılsın. 
 Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск 
«Вышейшая школа» 2002 cтp 84 
 
389. Sadə qarışıqlar nə ilə hazırlanır? 
A) Tərəvəz həlimi və düyü həlimi ilə 
B) Mannı yarması və su ilə 
C) Kəsmik və düyü həlimi ilə 
D) Düyü həlimi və qatıqla, düyü həlimi və südlə
E) Qatıq və südlə
Sadə qarışıqlar düyü həlimi və qatıqla, düyü həlimi və südlə 5% şəkər qatmaqla 
hazırlanır. Bu qarışığın kaloriliyi yüksək olur, tez sorulur. Bağırsağı qıcıqlandırmır. 
Ədəbiyyat: Л.A.Исaeва,Л.К.Баженова»Детские Болезни»Медицина 1986 стр 
108
 
390. Süni qidalanmaya keçməyin səbəbi ola bilməz? 
A) Ana südünün olmaması 
B) Uşağın inkişaf qüsurları
C) Ana südünün çox olması
D) Yarımçıq doğulmuş uşaq 
E) Ana südünün yararsız olması
Anaın südü heç olmadıqda uşağı süni qidalandırmaq lazım gəlir.Bu zaman uşağa ana 
südünün tərkibinə uyğunlaşdırılmış sadə süd qarışıqları və adaptasiya olunmuş 
qarışıqları verilir.Ana südünün çox olması süni qidalanmaya keçməyin səbəbi ola 
bilməz. 
Ədəbiyyat: N.Tağıyev “Neontologiya” 2007 səh45 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin