Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Uşaqlarda qanda şəkərin artması necə adlanır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə114/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   110   111   112   113   114   115   116   117   ...   274
Tibb bacisi test suallari

 
396.Uşaqlarda qanda şəkərin artması necə adlanır?
A) Hipoqlükozuriya 
B) Hipoqlikemiya 
C) Hiperqlikemiya
D) Hiperqlükozuriya
E) Leykopeniya
Normada qanda qlükozanın miqdarı 3,3-5,5 mmol/l olur. Qanda şəkərin artması 
hiperqlikemiya adlanır. 
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008səh 335 
 
397. Şəkərli diabet hansı üzvün hipofunksyasının nəticəsidir? 
A) Böyrəyin 
B) Qaraciyərin
C) Dalağın 
D) Mədəaltı vəzin
E) Hipofizin 
Şəkərli diabet polietioloji xəstəlikdir. Xəstəliyin baş verməsində irsi amil də rol 
oynayır.Başlıca səbəb mədəaltı vəzin insulin sintezi və sekresiyasının pozulmasıdır. 
Uşaq yaşlarında boy artımı cinsi inkişafla əlaqədar oladuğundan insulinə tələbat 
yüksək olur. Bu isə insulyar aparatın tükənməsinə səbəb olur. Nəticədə diabet inkişaf 
edir. 
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008, səh 333. 
 
398. Qızılcanın aktiv immunizasiyası nə ilə aparılır? 
A) Diri qızılca vaksini ilə 
B) İnsan immunoqlobulini ilə
C) Tuberkulinlə 
D) Askorbin turşusu ilə 
E) BSJ ilə
Diri qızılca vaksini. Qızılcanın aktiv immunizasiyası diri qızılca vaksini Q.P.M. ilə 
edilir. 1 və 6 yaşda dəri altına vurulur.
Ədəbiyyat:Təcrübədə immunlaşdırma metodik göstərişlər. Modul 2 səh 18 
399. 
Hansı heyvanın əti trixinellyozun mənbəyi ola bilər? 
A) Donuz 


117 
B) Mal 
C) Quş 
D) Qoyun 
E) Dovşan 
Donuz əti trixinellyozun mənbəyi ola bilər. 
“Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 
1987 səh.169 
400.Tiroksin hormonunun əmələ gəlməsi üçün hansı biomikroelement lazımdır? 
A) Yod 
B) Flüor 
C) Dəmir 
D) Nikel 
E) Manqan 
Yod qalxanabənzər vəzinin hormonu – trioksinin əmələ gəlməsi üçün lazımdır. 
Ədəbiyyat:A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 
1987 səh.45 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin