Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Təbii qidalanan 6 aylıq uşaq doymursa ana südünü əvəzedici nə vermək



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə110/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   106   107   108   109   110   111   112   113   ...   274
Tibb bacisi test suallari

379. Təbii qidalanan 6 aylıq uşaq doymursa ana südünü əvəzedici nə vermək 
olar? 
A) Çay, su 
B) Adaptasiya olunmuş qarışıqlar
C) 5% qlükoza məhlulu
D) Yalnız ana südü verilir


112 
E) Sadə qarışıqlar verilir 
6 ayadək uşaqların yedizdirilməsində ana südü əsas rol oynayır. Əgər anada 
hipoqalaktiya (anaın südünün çatışmazlığı) muşahidə olunarsa, tərkibinə görə ana 
südünə yaxın adaptasiya olunmuş qarışıqlar verilir.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33 
380. Südəmər uşaq necə qidalanmalıdır? 
A) 3 saatdan bir 
B) Uşaq tələbatına görə, sərbəst qidalanır
C) 2 saatdan bir 
D) 4 saatdan bir 
E) 6 saatdan bir 
Südəmər uşaq təbii bəslənərkən sərbəst qidalandırılmalıdır , yəni uşaq tələbatına 
görə qidalanmalıdır. Bu da prolaktin hormonunun ifrazını stimulyasiyaına,süd
ifrazının artmasına səbəb olur. 
 Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34 
381.Qida rasionunda uzun müddət askorbin turşusu çatışmazlığı hansı 
xəstəliyin yaranmasına səbəb olur? 
A) Pellaqra 
B) Beri - beri 
C) Ariboflavinoz 
D) Sinqa 
E) Hemeralopiya 
Qida rasionunda uzun müddət askorbin turşusunun olmaması Sinqa xəstəliyini əmələ 
gətirir. 
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 
1987 səh.51 
382. Südəmər uşaq əmizdirildikdən sonra qusursa nə etməli? 
A) Su verilir, qarına isitqac qoyulur 
B) Üfüqi vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır 
C) Vertikal vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır
D) İmalə edilir 
E) Dərmanlar təyin edilir
Südəmər uşaqlarda bəzən əmizdirildikdən sonra şaquli vəziyyətdə tutmaq lazımdır. 
Belə etdikdə, uşağın südlə udduğu hava xaric olur və qusma dayanır.
Ədəbiyyat: N.Tağıyev, “Neonatologiya”, Bakı 2007 səh 135 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin