Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Qlomerulonefrit patologiyası zamanı duzsuz pəhriz təyin edilməsinin səbəbi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə107/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   103   104   105   106   107   108   109   110   ...   274
Tibb bacisi test suallari

368. Qlomerulonefrit patologiyası zamanı duzsuz pəhriz təyin edilməsinin səbəbi 
nədir? 
A) Kalium duzlarının ürəyə təsir etməsi 
B) Kalsium duzları osteopoezdə iştirak etməsi 
C) Maqnezium duzları sinir sistemini tənzimləməsi 
D) Natrium duzlarının mayeni toxumalarda saxlaması 
E) Selenium azad radikalları çıxarması 
Duzlu qida gəbul edərkən natrium duzları suyu toxumalarda saxlayır. 
Qlomerulonefrit zamanı bu duz arterial təzyiqin yüksəlməsinə,ödemin artmasına və
eklampsiyaya gətirib çıxara bilər. 
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 268 
369. Uşaqda raxit xəstəliyinin profilaktikası üçün vitamin D-nin sutkalıq dozası 
nə qədərdir? 
A) 400 mq 
B) 600 mq 


109 
C) 700 mq 
D) 800 mq 
E0 300 mq 
Düzgün cavab – 400 mq. Raxit ümumi orqanizmin xəstəliyi olub vitamin D-nin 
çatşmazlığı və Ca F mübadiləsinin pozulması nəticəsində əmələ gəlir. Onun 
profilaktikası üçün uşağa sutkalıq spirtli və yağlı məhlul şəklində 400 mq vitamin D 
verilməlidilir. A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 15 
 
370. Anemiya zamanı qanda nə baş verir? 
A) Eritrositlərin sayının azalması 
B) Leykositlərin miqdarının azalması 
C) Hemoqlobin və eritrositlərin sayının azalması
D) Qanın formalı elementlərinin sayının azalması 
E) Trombositlərin sayının azalması 
Anemiya qan azlığı olub, müxtəlif səbəblərdən əmələ gəlir. Qan itirmədən 
zülal,vitamin dəmir çatışmazlığından və s. Xəstəlik zamanı qanda əsasən Hb və 
eritrositlərin miqadarı azalır. 
Ədəbiyyat: A.A.Əyubova “Uşaq xəstəlikləri”Bakı 2008 səh 301 
371. Hemofiliya xəstəliyinin yaranmasına nə səbəb olur? 
A) Disproteinemiya 
B) Hipervolemiya 
C) Hipovolemiya 
D) Laxtalanmanın pozulması
E) Disbakterioz 
Hemofiliya –qanda laxtalanma prosesinin pozulmasi ilə müşahidə olunan 
patologiyadır. 
Ədəbiyyat: A.A.Əyubova “Uşaq xəstəlikləri”Bakı 2008 səh 316 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin