108
Adətən cansız vaksinlər yeridildikdən sonra yüngül postvaksinal reaksiya müşahidə
olunur: 2 gün ərzində hərarət yüksəlir. Vaksinin yerində ağrı və şişkinlik ola bilər.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)
səh8-9
366. Vaksinlər GEM-də (gigiyena və epidemiologiya mərkəzində) və tibb
müəssisələrində hansı temperaturda saxlanılır?
A) +15
0
;+20
0
B) +10
0
;+12
0
C) +2
0
;+8
0
D) -10
0
;+2
0
E) -5
0
;+10
0
İnyeksiyaların təhlükəsizliyini təmin etmək üçün bütün vaksinlər gigiyena və
epidemiologiya mərkəzində və tibbi müəssisələrində +2 C
0
- +8
0
C-də
saxlanılmalıdır.
Ədəbiyyat:“Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 3 (Metodik göstərişlər)
səh8
367. Zimnitski sınağı qiymətləndirilən zaman əsas diaqnostik amil hansıdır?
A) Sidikdə formalı elementlər
B) Sidik çöküntüsü
C)
Sidiyin xüsusi çəkisi
D) Sidikdə zülalın miqdarı
E) Sidikdə şəkərin miqdarı
Zimnitski sınağı ücün hər 3 saatdan bir sidik toplanır və 8 hissə sidiyin xüsusi çəkisi
yoxlanılır.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 267
Dostları ilə paylaş: