Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


üçün suyun temperaturu neçə dərəcə olmalıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə118/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   114   115   116   117   118   119   120   121   ...   274
Tibb bacisi test suallari

üçün suyun temperaturu neçə dərəcə olmalıdır?
A) 18 
B) 25 


121 
C) 22 
D) 20 
E) 27 
Bədən temperaturunun 39 dərəcədən yuxarı olması hipertermiya sayılır. Əmələ 
gəlmə səbəbi müxtəlifdir. Əsas məqsəd gələcək ağırrlaşmaların qarşısını almaq üçün 
qızdırmanı dərhal salmaq lazımdır. Bu məqsədlə uşağı 20 dərəcə temperaturda su ilə 
isladılmış dəsmala bükmək lazımdır. 
Ədəbiyyat: N.Tağıyev Neonatologiya.Bakı 2007səh 44 
414. Uşaqlarda tənəffüs yollarının obstruksiyasına daha çox nə səbəb olur? 
A) qırtlağın şişi 
B) larinqospazm 
C) yad cisim
D) qusma 
E) larinqotraxeit 
Uşaqlar oyuncaqlarla oynayarkən onları tez-tez ağızlarına aparırlar.Uşağın ağzına 
apardığı oyuncaq hissələri və digər bərk cisimlər uşaq nəfəs aldıqda nəfəs yoluna 
düşərək tənəffüs yollarının obstruksiyasına səbəb olur. 
Ədəbiyyat: N. Tağıyev Neonatologiya .Bakı 2007səh46 
415. Dəm qazı ilə zəhərlənmə zamanı ilkin əlamətlər hansılardır? 
A) gözün selikli qişasının və nəfəs yollarının qıcıqlanması 
B) mədə və qida borusunda kəskin ağrı, qanla qarışıq qusma, ümumi zəiflik
C) ümumi zəiflik hissi, alın və gicgah nahiyəsində ağrı, qulaqda ağırlıq hissiyatı
D) ürək bulanma ,qusma, qarında ağrılar , baş ağrısı 
E) bayılma , huşun itməsi, sayıqlama əlamətləri 
Dəm qazı ilə zəhərlənmə zamanı ilkin təsir sinir sistemi tərəfindən olur.Dəm qazının 
təsiri altında sinir sisteminin zədələnməsi üç dövrlə xarakterizə olunur.İlkin dövürdə 
aşağdakı əlamətlər baş verir:ümumi zəiflik alın və gicgah nahiyəsində baş ağrısı 
qulaqlarda ağırlıq hissi olur. 
Ədəbiyyat: Л. А. Исаева, Л.К.Баженова, «Детские Болезни» Москва 1986, səh 
129 
416. Bayılma zamanı uşağa hansı vəziyyət verilməlidir? 
A) Ayaqlarını sallayaraq oturtmaq 
B) Sağ tərəfi üstə uzandırmaq 
C) Sol tərəfi üstə uzandırmaq 
D) Uşağı uzadaraq ayaqlarını qaldırmaq
E) Başını qaldıraraq uzandırmaq 
Bayılma huşu itirməklə müşayiət olunan beynin qısamüddətli qəfləti anemiyasıdır. 
Bu zaman əsas məqsəd beyinə gedən qanın həcmin artırmaq, beyin qan dövranını 
yaxşılaşdırmaqdır. Bu məqsədlə uşağı uzandıraraq ayaqlarını qaldırmaq lazımdır. 
Ədəbiyyat: Л.А.Исаева, Л.К.Баженова, “Детские Болезни” Москва 1986 səh210 


122 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin