Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Hemofliyanın ən xarakter əlaməti nədir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə101/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   97   98   99   100   101   102   103   104   ...   274
Tibb bacisi test suallari

 
344. Hemofliyanın ən xarakter əlaməti nədir? 
A) Qanaxma
B) Hipertermiya


102 
C) Hemartroz 
D) Qanda Hb-nin azalması
E) Qanda leykositlərin artması
Düzgün cavab - Qanaxma
Hemofiliya qanda laxtalanma amillərinin (VIII-IX-XI) çatışmazlığı nəticəsində 
qarşısı çətin alınan qanaxma ilə özünü biruzə verən irsi qan xəstəliyidir. Əsas 
əlaməti qanaxmadır. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 317 
345. Hansı xəstəlik zamanı antitoksiki zərdab təyin edilir? 
A) Su çiçəyi 
B) Skarlatina
C) Qızılca 
D) Difteriya
E) Qripp 
Diferiya yoluxmuş uşaqlar mütləq hospitalizasiya edilir və belə xəstələrə Bezredka 
üsulu ilə anatoksin yeridilir.Difteriyaya qarşı anotoksin tez və effektli dozada 
yeridildikdə (15000 bv – 50000 bv) xəstənin vəziyyəti yaxşılaşır. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск 
«Вышейшая школа» 2002 стр280
346. Hipoqlikemik komanın əsas yaranma səbəbi nədir? 
A) Karbohidratların artıq miqdarda qəbulu 
B) İnsulinin dozadan az vurulması
C) İnsulinin artıq dozada vurulması
D) Passiv həyat tərzi
E) Aktiv həyat tərzi
 
Hipoqlikemik koma şəkərli diabetin insulinlə müalicəsi zamanı yarana bilər. 
İnsulinin artıq dozada vurulması ,onun dozasının çox olması nəticəsində yaranır. 
A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 , səh 135 
 
347. Difteriyaya yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün karantində 
olmalıdır? 
A) 5 gün
B) 1 ay
C) 7 gün
D) 1,5 ay 
E) 2 ay


103 
Difteriyalı uşaqla kontaktda olan uşaq 7 gün ərzində izolə edilir. Bu uşaqlara gündə 
2 dəfə termometriya və bir dəfə bakterioloji müayinə aparılmalıdır.Ocaqda 
dezinfeksiya işləri aparılır. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск 
«Вышейшая школа» 2002 стр280 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin