Baki döVLƏt universiteti TƏTBİQİ Rİyaziyyat və Kİbernetika faküLTƏSİ



Yüklə 26,47 Kb.
səhifə1/2
tarix16.12.2023
ölçüsü26,47 Kb.
#182786
  1   2
Şəfiyeva Məleykə SM-3 PSİXOLOGİYA ÜZRƏ TƏCRÜBƏ İŞİ



BAKI DÖVLƏT UNİVERSİTETİ
TƏTBİQİ RİYAZİYYAT VƏ KİBERNETİKA FAKÜLTƏSİ

İNFORMASİYA TEXNOLOGİYALARI VƏ PROQRAMLAŞDIRMA
kafedrasının magistrantı
Şəfiyeva Məleykə İntizar qızının
Piqnalion effekti və onun tədris prosesində tətbiqinin rolu”
mövzusunda

PSİXOLOGİYA ÜZRƏ TƏCRÜBƏ İŞİ
Elmi rəhbər: dosent Mürsəlbəyova Lalə


Piqmalion effekti – (Pygmalion effect və ya Rosenthal effect) elə bir təzahürdür ki, bu zaman bu və ya digər informasiyanın dürüstlüyünə əmin olan insan qeyri-iradi şəkildə özünü elə aparır ki, sonda həmin informasiya öz təsdiqini tapır. Rozental-Piqmalion effekti ilk dəfə olaraq Rozentalın təcrübələri əsasında meydana gəlmişdi. Amma bu bir mifologiya ilə bağlıdır. Qədim bir əfsanəyə görə yunan heykəltəraşı Piqmalion qeyri-adi gözəlliyə malik qadın heykəli yaradır. Öz əsərinə vurğun olan bu heykəltəraş Qalatea adı verdiyi bu möhtəşəm və cansız varlıq qarşısında günü-gündən əriyir. O, heyrətini gizlətmədən daxilindəki sevgi hisslərinin ifadəsi ilə ilahə Afroditadan cansız bədənə ruh verməsini xahiş edir. Piqmalion istədiyini əldə edir və canlı, isti, sevən Qalatea onu emalatxanasının günəşinə çevrilir. Bu necə oldu? Piqmalionun arzusu həyata keçdi? Ümidləri doğruldu.Bu artıq qeyri-səlis bir məsələdir və qeyri-real olanın gerçəkləşməsi Piqmalion effektidir.Piqmalionun öz heykəlinə olan sevgisinin Afroditada doğurduğu inamın reallaşmasıdır.Qeyd etdik ki, ilk dəfə Robert Rozental tərəfindən eksperimental sübut olunub. Rozental elmi nəşrlərdə O.Pfungst’ın "Ağıllı Hans"la bağlı araşdırmalarını oxuduqdan sonra bu sahədə araşırmalara başlamışdı. 1963-cü ildə apardığı eksperimentdə Rozental psixologiya fakultəsinin tələbələrini iki qrupa bölüb onlara tapşırıq vermişdi. Tələbələr laboratoriya siçovullarına labirintlərdən çıxma yollarını öyrətməli idilər. Hər iki qrupa eyni laboratoriyanın siçovulları verilmişdi. Rozental A qrup tələbələri aldatmışdı ki, onlar yüksək intellektli siçovullarla işləyəcəklər, guya bu siçovullar xüsusi seçmə ilə yetişdirilib, adi siçovullardan qat-qat ağıllıdılar. B qrupuna isə aldatmışdı ki, sizə verilən ən kütbeyin siçovullardır. Həqiqətdə isə siçovullar hamısı adi heyvanlar idi. Nəticələr belə oldu: A qrup tələbələr B qrupuna nisbətən siçovulları daha tez öyrətdilər. Ona görə belə oldu ki, A qrup tələbələr "bacarıqlı" siçovullarla işlədiklərinə inanmışdılar və buna görə onların gözləntiləri yüksək idi. B qrupu isə əksinə, "kütbeyin" siçovullarla işlədiklərinə inandıqları üçün uğurlu olacaqlarına az ümidli idilər, bu da öz təsirini göstərdi. “Piqmalion effekti” və ya “Həqiqətə çevrilən kəhanət”-bu cür adlarla tanınan bu üsul əslində ətrafımızdakı insanların bizimlə bağlı düşüncə və davranışlarının uğur qazanmaqda bizə necə təsir göstərdiyindən, eyni zamanda da bizim də onlara münasibətlərimizin necə dəyişdiyindən bəhs etməklə, özümüzdən asılı olmadan bizi başqalarının gözləntilərinə uyğun davranmağa söcq edir. Başqaları haqqında mənfi düşündüyümüzdə mənfi şeylərlə rastlaşır, yaxşı fikirləşdiyimizdə isə yaxşılarla rastlaşırıq. Göründüyü kimi düşündüyünüz şeylər onlara qarşı davranışlarınıza təsir edir və davranışlarınız da qarşınızdakı insanın şüuraltına yerləşir, beləliklə, bir müddətdən sonra gözləntiləriniz həqiqətə çevrilir. 
 Kaliforniya Universitetinin psixoloqu Robert Rozental “Sinifdə Piqmalion” adlı kitabında ünsiyyətin gücü ilə bağlı apardığı maraqlı təcrübələrə istinad edərək davranış faktorlarının bəzi maraqlı məqamlarını qeyd edir. Bilirik ki, insanın inkişafında ilk faktor ailədir və davranışlarımızda ailə institutları mühüm rol oynayır. Lakin insan yalnız müəyyən yaş dövrünə qədər ailə mühitində böyüyüyür. Məktəb yaşı çatdıqdan sonra isə mühit dəyişir və daha da genişlənir.Təcrübə göstəriri ki, yaxşı, münbit mühit inkişaf potensialı olan şagirdə daha yaxşı təsir edir və müəllimlər də daha fəal görünən şagirdin qabiliyyətlərindən istifadə edir, istedadı olan bir şagirdə yönəlik fəaliyyət onun parlamasına səbəb olur. Bəzən, bəlkə də, özünü təqdim edə bilməyən başqa bir istedadlı uşaq bu səmimi öyrənmə mühitindən kənarda qalır və sönür. Deməli, mühit davranışlarımızın hamıya eyni paylanması və hamıya bərabər imkanların yaradılmasına köklənməlidir. Öyrənmə prosesində müəlllimlərin informasiya materialı, məlumatla təmin etmə mənbələrinin həcmi də şagirdin potensial imkanlarının meydana çıxmasında xüsusi rol oynayır. Daha aktiv şagirdlər çox yüklənir, zəiflər onlarla ayaqlaşa bilmir. Bu da aradakı bərabərliyi pozur və davranışlar üstünlüyü inkişafa meyilli şagirdlərə verir. Effektiv pedaqoji ünsiyyət həmişə şəxsiyyətin müsbət mənlik konsepsiyasının formalaşmasına, tələbənin özünə inamının, qabiliyyətlərinə, potensialına inamının inkişafına yönəldilmişdir. Müəllimlərin yeniyetmədə müsbət heysiyyət və özünə inamın inkişafına nə qədər töhfə verə biləcəyini təsdiqləmək üçün psixoloq R.Rozentalın Amerika məktəbində apardığı bir klassik eksperimentin nəticələrini təqdim edirik. O, aşağıdakılardan ibarət idi. Psixoloq məktəbliləri müxtəlif intellekt şkalaları üzrə sınaqdan keçirdi, sonra isə testin nəticələrindən asılı olmayaraq siyahıdan hər beşinci şagirdi təsadüfi qaydada seçdi və müəllimlərə bildirdi ki, məhz bu azsaylı uşaqlar ən yüksək intellekt, qabiliyyət səviyyəsi, və gələcəkdə onlar tədqiqatlarda ən yüksək nəticə göstərəcəklər. Və tədris ilinin sonunda o, eyni uşaqları təkrar sınaqdan keçirdi və qəribə də olsa, psixoloqun təsadüfi seçdiyi və ən bacarıqlı kimi yüksək qiymətləndirdiyi şəxslər əslində başqalarından daha yaxşı oxudular. Bu təcrübənin nəticələri göstərir ki, mənlik anlayışı uşağın sosial mühitindən, pedaqoji ünsiyyət prosesində ona olan münasibətin xüsusiyyətlərindən asılıdır. Psixoloqun müəllimlərə verdiyi təlimat bir neçə yolla uşaqlara ötürülürdü. Birincisi: müəllim uşağın həqiqətən bacarıqlı olduğuna inanırdı və ondakı potensialı tanımağa başladı ki, əvvəllər kənar rəhbərlik olmadan diqqətdən kənarda qala bilərdi. Bu cür qabiliyyətləri aşkar edərək, tələbəyə dəfələrlə müsbət şifahi qiymət verəcəkdir; tərif isə uşağın özünə qarşı müsbət münasibətini və öz gücünə inamını stimullaşdırır. İkinci istiqamət: uşağın potensialına inanan müəllim, çox güman ki, uşağa təhsil prosesində ən bacarıqlı şəxs kimi baxacaq.
Bu, onun tələbə ilə təkcə nitq səviyyəsində deyil, həm də bu qabiliyyətlərin səmərəli inkişafına imkan verən substantiv qarşılıqlı əlaqənin təşkilində özünü göstərəcəkdir.

Kaliforniya Universitetinin psixoloqu Robert Rozental “Sinifdə Piqmalion” adlı kitabında ünsiyyətin gücü ilə bağlı maraqlı təcrübələrdən danışır. Həmin təcrübələrdən birinin detalları belədir:
Rozental əvvəlcə ibtidai sinif şagirdləri arasında İQ testi edir. Sonra isə bu uşaqlar arasından təsadüfi seçdiyi şagirdlərin adını onların müəllimlərinə verərək həmin şagirdlərin digər şagirdlərə nisbətən daha yüksək potensial və istedada sahib olduğunu bildirir. Həqiqətdə isə onların digər şagirdlərdən bir fərqi yox idi və təsadüfi seçilmişdilər. 1 ildən sonra aparılan zəka testlərində Rozentalın dediyi həmin “yüksək potensiala sahib” şagirdlər həqiqətən də yüksək akademik performans göstərdilər və hətta İQ göstəriciləri 4 bal artdı. Digər şagirdlərdə isə nəzərəçarpan bir dəyişiklik baş vermədi.
Rozental bunun səbəbini belə izah edirdi: Müəllimlər “yüksək potensiallı şagirdlər”lə daha çox maraqlanmış, onlara öz təəssüratlarını sözlər, mimika və bədən dili ilə hiss etdirmişdilər. Beləcə, müəllimlərin şagirdlərə qarşı bu müsbət gözləntisi onların şüuruna təsir etmiş, motivasiyasını, qavrama qabiliyyətini yüksəltmiş, nailiyyət isə qaçılmaz olmuşdur. Onun fikrincə, şagirdlərin bu inkişafı müəllimlərin onlara münasibətindəki şüurlu və şüursuz 4 faktordan asılı idi:

Yüklə 26,47 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin