Baki döVLƏt universiteti TƏTBİQİ Rİyaziyyat və Kİbernetika faküLTƏSİ


Mühit Müəllimlər inkişaf potensialı olan şagirdlər üçün daha yaxşı, daha səmimi bir öyrənmə mühiti yaradırlar. 2. Öyrənmənin həcmi



Yüklə 26,47 Kb.
səhifə2/2
tarix16.12.2023
ölçüsü26,47 Kb.
#182786
1   2
Şəfiyeva Məleykə SM-3 PSİXOLOGİYA ÜZRƏ TƏCRÜBƏ İŞİ

1. Mühit
Müəllimlər inkişaf potensialı olan şagirdlər üçün daha yaxşı, daha səmimi bir öyrənmə mühiti yaradırlar.
2. Öyrənmənin həcmi
Müəllimlər inkişafa meyilli şagirdlər üçün daha çox bilik və öyrənmə vasitələri təqdim etməyə çalışırlar.
3. Cavab vermək fürsəti
Həmin şagirdlərə daha çox cavab vermək, özünü ifadə etmək və daha uzun danışmaq fürsəti verildiyi üçün digər şagirdlərə nəzərən daha çox inkişaf edirlər.
4. Əks-əlaqə
Rozental müəllimin şagirdlə daha sıx əks-əlaqəyə girməsinin, müsbət rəylər verməsinin şagirdlərin inkişafında mühüm rolu olduğunu qeyd edir. Məsələn, gələcəyinə inandığı şagird hansısa sualı səhv cavablandırdıqda müəllim “Səhvdir” deyib keçmək əvəzinə, həmin sualın niyə səhv olduğunu aydınlaşdıraraq onu daha çox məlumatlandırır. Ancaq çox şey gözləmədiyi şagirdinin eyni səhvinə “Səhvdir, əyləş” kimi qısa cavablar verməklə onun səhvlərindən nəticə çıxarmaq ehtimalını azaldır.
Təcrübədən də göründüyü kimi, Piqmalion effekti insanların bacarıqları barədə müsbət gözləntilərin yüksək performans yaratdığı fikrinə əsaslanır. Piqmalion effektinin əksi isə Qolem effekti adlanır. Müəllimlərin şagirdləri ilə bağlı mənfi fikirləri onlara mənfi təsir göstərərək fərdlərin özünəinam hissini məhv edir.
Piqmalion effekti ilə bağlı araşdırmalar sübut edir ki, o təkcə müəllim-şagird münasibətlərində deyil, idarəetmədə, valideyn – uşaq münasibətlərində də olduqca təsirlidir.
Piqmalion effekti bizə bunu deyir ki, doğruluq subyektivdir və bu doğruluğu ətrafımız, ailəmiz, dostlarımız, cəmiyyət manupilasiya edə bilər. Uğurlarımız, davranış və düşüncə şəkilimiz və özümüzlə əlaqəli fikirlərimizə ətrafımızdakı insanlar təsir edə bilir və biz də bu insanların bizdən gözləntilərinə görə şəkillənirik.
Yüklə 26,47 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin