87
C) Lazımi tibbi sənədləri doldurmalı
D) Təcili növbətçi həkimi çağırmalı
E) Baş həkimə xəbər verməli
Stasionarın qəbul şöbəsinə ağır xəstə daxil olduqda tibb bacısı ilk növbədə təcili
həkim çağırmalıdır, sadalanan digər vəzifələr isə sonra yerinə yetirilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 14, “Təhsil” Bakı
1998
291. Yüksək kalorili və güclü qidalanma hansı xəstəlik zamanı təyin edilir?
A) Kəskin qastrit
B) Ürəyin işemik xəstəliyi
C) Kəskin pielonefrit
D) Ağciyər vərəmi
E) Hepatit B
Vərəm xəstəliyi zamanı qida rasionunda zülalların ,mineral maddələrin və
vitaminlərin miqdarı artırılır, xəstə gündə 5 dəfə qidalanır, xəstəyə 11 № li pəhriz
təyin edilir.Bu, xəstənin immunitetini artırmaqla yanaşı eyni zamanda vərəm əleyhi
müalicənin effektini də artırır.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 88. “ Təhsil” Bakı
1998
Dostları ilə paylaş: