Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Hansı bağırsağın qanaxması zamanı nəcisin rəngi qara olur?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə83/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   79   80   81   82   83   84   85   86   ...   274
Tibb bacisi test suallari

 
276. Hansı bağırsağın qanaxması zamanı nəcisin rəngi qara olur? 
A) Köndələn çənbər bağırsağın 
B) Siqmayabənzər bağırsağın
C) Enən çənbər bağırsağın 
D) Onikibarmaq bağırsağın 
E) Düz bağırsağın 


83 
12 barmaq bağırsağın xorası zamanı qanaxma nəticəsində nəcisin rəngi qara olur. 
Qan bağırsağın aşağı şöbələrinə keçənədək fermentlərinin təsirindən parçalanır və 
tündləşir.Bağırsağın yuxarıda sadalanan digər şöbələrindən qanaxma oldıqda isə 
qan öz rəngini dəyişmir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 
148.“Çıraq”2008 
 
277.Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən hansı preparatların 
qəbulu dayandırılmalıdır?
 
A) Kalsium 
B) Maqnezium 
C) Kalium
D) Dəmir
E) Natrium 
Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən nəcisin rəngini dəyişən 
preparatların qəbulu dayandırılır. Məs: dəmir preparatları , barium və s. əks halda, 
bu analizin göstəricisini dəyişə bilər. 
Ədəbiyyat: 
В.М.Боголюбов. 
Внутренние 
болезни. 
Стр.195.Москва.
«Медицина» 1983. 
278. Sutkalıq diurezin 350 ml-ə qədər azalması necə adlanır? 
A) Poliuriya 
B) Nikturiya 
C) Oliquriya
D) Anuriya 
E) Pollakiuriya 
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, 
anuriya. Oliquriya sutkalıq sidiyin miqdarının 500 ml-dən az olmasına deyilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil” Bakı 
1998 
279. Gecə diurezinin gündüz diurezindən çox olması necə adlanır? 
A) Anuriya 
B) Poliuriya 
C) Nikturiya
D) Oliquriya 
E) Pollakiuriya 
Nikturiya sidiyin miqdarca pozğunluqlarına aiddir. Nikturiya sutkalıq sidiyin 
miqdarının yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir. 
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 224. “Təhsil”,
Bakı 1998 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin