Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Bakterioloji müayinə üçün sidik toplayarkən tbb bacısı nəyi düzgün etmir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə60/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   274
Tibb bacisi test suallari

195. Bakterioloji müayinə üçün sidik toplayarkən tbb bacısı nəyi düzgün etmir?
A) Sidiyi ilk porsiyası ilə birgə qaba toplayır. 
B) Sidiyin ilk porsiyasını tullayıb, ikinci porsiyadan toplayır. 
C) Sidiyi kateterlə götürür. 
D) Sidik götürməzdən əvvəl uretranı şırınqalıyır. 
E) Sidiyi götürən kimi dərhal analizə göndərir. 
Tibb bacısı bakterioloji analiz üçün sidiyi kateterlə götürür, bunun üçün xəstənin 
xarici cinsiyyət üzvlərini yuyur, uretranın ön hissəsini şırınqalayır, hətta bunları 
etdikdən sonra belə, sidiyin ilk porsiyasını tullayır, qalan porsiyalarını isə steril qaba 
yığıb, mümkün qədər tez analizə göndərir. 


60 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.78 “ 
Çıraq ” 2008. 
196. Disfagiya nədir? 
A) Mədə möhtəviyyatının ağızdan xaric olması 
B) Mədə möhtəviyyatının qida borusuna keçməsi 
C) Qidanın mədədən 12 barmaq bağırsağa keçməsinin ləngiməsi 
D) Udma aktının pozulması
E )Yoğun bağısaqların distal hissəsinin boşalması 
Disfagiya udma aktının pozulması olub, qida topasının qida borusu ilə irəliləməsinə 
mane olan üzvi və ya funksional pozğunluq nəticəsində yaranır. Bu zaman xəstələr 
əvvəlcə bərk qidanı, sonralar isə hətta duru qidanı da uda bilmirlər.Dis-lat.pozulma 
deməkdir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.35“ 
Çıraq” 2008. 
197. Hipertonik imalə hansı məhlullarla aparılır ? 
1.10 % - li natrium-xloridlə 
2.20-30 %- li maqnezium sulfat məhlulu
3. Çobanyastığı dəmləməsi ilə 
4. Nişasta ilə 
5. Xloral-hidrat ilə 
6. Bitki yağı ilə 
A)1,2
B)3,4
C)5,6
D)1,6
E)2,5 
Hipertonik imalənin təsir mexanizmi : Hipertonik məhlullar bağırsağın selikli 
qişasını qıcıqlandıraraq qəbizlik zamanı duru nəcis ifrazına səbəb olur. Hipertonik 
imalə aparmaq üçün 50 – 100 ml 10 % - li natrium – xlorid və ya 20 – 30 % - li 
maqnezium – sulfat məhlulunu 37 -38 dərəcə qızdırıb, düz bağırsağa yeridirlər. Lakin 
hipertonik imalə bağırsağın selikli qişasını qıcıqlandırdığı üçün mümkün qədər az 
istifadə olunur. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.206. “ Təhsil”Bakı 
1998. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin