190. Vərəm ocaqlarında işin təşkili zamanı sahə tibb bacısının vəzifəsi nədən ibarətdir? A) Tibb bacısı xəstəni və ailə üzvlərini gigiyena qaydalarına əməl etməyi öyrədir
B) Tibb bacısı hər vərəm ocağında ( xəstənin evində) ayda azı bir dəfə olmalıdır
C) Tibb bacısı xəstənin yaşayış şəraiti haqda dispanserin sahə tibb bacısına məlumat
verir
D) Sadalananların hamısı
E) Basilgəzdirən xəstə otağı boşaldandan sonra axırıncı dezinfeksiya işinə nəzarət
edir
Vərəm infeksiyası ocaqlarında sağlamlıq işlərini vərəm dispanserləri müntəzəm olaraq aparır. Həkimi xəstəlik başlayanda xəstəyə baş çəkir, lakin vərəm ocağında əsas işi – profilaktika, sanitar-epidemioloji, maarifləndirmə işlərini dispanserin sahəyə təhkim edilmiş patronaj tibb bacısı aparır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.165“ Çıraq”2008 191.Sadalananlardan hansı vərəm dispanserində işləyən sahə tibb bacısının səlahiyyətinə aid deyil? A) Vərəm tapılmış yeni xəstə barədə sanitar-epidemioloji stansiyaya xəbər verir
B) Dispanserə müraciət edən xəstəni müayinə edir, lazım olan analizləri və müalicəni
təyin edir
C) Təzə xəstə üçün sahə tibb bacısının vərəqini açır
D) Xəstənin müalicəsi ilə əlaqədar məlumatları kartotekaya yazır
E) Rentgen və laborator müayinələrin nəticələrini xronoloji qaydada xəstəlik tarixinə
yapışdırır
Dispanser həkimi xəstəni müayinə etdikdən sonra lazım olan analizləri (rentgenoqrafiya, laboratoriya analizləri, tuberkulin sınağı və s.) təyin edir, sonra müvafiq müalicə aparır. Sahənin tibb bacısı isə xəstənin qəbulunda həkimə hər cür kömək edir: rentgenoloji və laborator müayinələrin nəticələrini həkimə gətirir, onları xəstəlik tarixinə ardıcıl yapışdırır, xəstəyə kartoteka açır və buraya xəstə barədə məlumatları yazır (dispanserə gəlməsini, hansı dərmanları və proseduranı qəbul etməsini, stasionara və ya sanatoriyaya göndərilməsini və s.) Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.171“ Çıraq ”2008