Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Xəstədə tənəffüs hərəkətlərini sayarkən tibb bacısının taktikası nədən



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə54/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   274
Tibb bacisi test suallari

178. Xəstədə tənəffüs hərəkətlərini sayarkən tibb bacısının taktikası nədən 
ibarətdir? 
A) Tənəffüs hərəkətlərini sayarkən xəstəyə dərindən nəfəs alıb, verməyi tapşırır 
B) Tibb bacısı xəstəyə tapşırır ki, sakit dayansın.
C) Tibb bacısı tənəffüs hərəkətlərini saymağı xəstənin özünə tapşırır 
D) Tibb bacısı tənəffüs hərəkətlərini sayarkən çalışmalıdır ki, xəstə bunu hiss etməsin
E) Tənəffüs hərəkətlərini 5 dəqiqə müddətində sayır 
Xəstədə tənəffüs hərəkətlərini sayarkən tibb bacısı çalışmalıdır ki, xəstə bunu hiss 
etməsin, əks halda xəstə həyəcanlanar və tənəffüsün sayı, ritmi və dərinliyi dəyişə 
bilər. Buna görə xəstənin fikrini yayındırmaq məqsədilə bir əllə onun əlini elə 
tuturlar ki, sanki nəbzi yoxlayırlar, digər əli isə döş tipli tənəffüsü sayarkən döş, 
qarın tipli tənəffüsü sayarkən isə epiqastral nahiyəyə qoyurlar. Tənəffüs hərəkətləri 
1 dəqiqə müddətində sayılır və alınan nəticə temperatur vərəqəsindəki “ tənəffüs 
sayı” hissəsinə qeyd edilir. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 163. “ Təhsil ”. Bakı
1998. 
179. Miokard infarktı keçirmiş xəstəyə tibb bacısı nəyi qadağan edə bilər? 
A) Suda bişmiş balığı 
B) Meyvə şirələrini
C) Qaz əmələ gətirən qidaları (lobya, kartof, qara çörək və s.)
D) Buxarda bişmiş kotleti 
E) Suda bişmiş əti 
Qaz əmələ gətirən qidalar qarının köpməsinə səbəb olur, nəticədə diafraqma qalxır, 
ürəyin işi çətinləşir, tac damarlarda qan dövranı pisləşır, ona görə miokard infarktı 
keçirmiş xəstələrə qaz əmələ gətirən qidalar yemək qadağan edilir. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. 
Səh.141“Çıraq” 2008. 
 
180. Kəskin böyrək xəstəlikləri zamanı sadalananlardan hansı tibb bacısının 
vəzifəsi deyil? 
A) Xəstənin yataq rejimində olmasına nəzarət etmək 
B) Həkimin təyin etdiyi dərmanları xəstənin qəbul etməsinə nəzarət etmək
C) Paranefral blokada aparmaq
D) Xəstənin sidik müayinələrinin cavablarını xəstəlik vərəqində qeyd etmək 


55 
E) Xəstənin pəhriz saxlamasına nəzarət etmək 
Kəskin böyrək xəstəlikləri zamanı sidiyin miqdarı azaldıqda Vişnevski üsulu ilə 
paranefral novokain blokadası aparlır. Paranefral blokadanı həkim aparır, tibb 
bacısı isə novokain blokadası aparmaqda həkimə kömək edir, alətləri və dərmanları 
hazırlayır, blokadadan sonra xəstənin vəziyyətinə nəzarət edir. Digər variantlarda 
göstərilənlər isə birbaşa tibb bacısının vəzifəsidir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.154“ 
Çıraq ” 2008. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin