56
Nəcisdə gizli qanı aşkar etmək üçün xəstə üç gün əvvəldən hazırlanır. Belə ki,
xəstələr bu üç gün ərzində ət, balıq və onlardan hazırlanan qida qəbul
etməməlidirlər. Əks halda müayinənin nəticəsi düzgün olmaya bilər.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.
Səh.78 “Azərnəşr”Bakı 1984
184. Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət
verilməlidir?
A) Xəstə xərəkdə bir tərəfi üstdə uzanmalıdır
B) Xəstəyə xərəkdə yarımoturaq vəziyyət verilməlidir
C) Xəstə xərəkdə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalıdır
D) Xəstə xərəkdə arxası üstə, başı yana çevrilmiş vəziyyətdə uzanmalıdır
E) Xəstəni xərəkdə baş hissəsi aşağı salınmış vəziyyətdə uzanmalıdır
Xəstələrin nəql olunma formaları xəstəliklərin xarakterindən asılıdır və bu
nəqlolunma qaydalarını tibb bacısı dəqiq bilməlidir. Daxili qanaxmalar zamanı xəstə
arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalı, dizaltı nahiyələrə isə
yastıq qoyulmalıdır.
Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev.Xəstələrə qulluq Səh. 45.“ Təhsil ”Bakı 1998.
Dostları ilə paylaş: