Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə56/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   274
Tibb bacisi test suallari

185. Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə 
başlanılır? 
A) Dəri altına atropin vurmaqla 
B) İmalə ilə 
C) Dəri altına və ya venaya məhlul yeritməklə 
D) Mədənin yuyulması ilə
E) Ürək-damar preparatları yeritməklə 
Qida zəhərlənmələri zamanı təxirəsalınmaz yardım mədənin yuyulmasından 
başlanır.Prosedur mədədən təmiz su gələnə qədər davam edir. Zond yeritmək 
mümkün olmadıqda xəstəyə su içirdilir və əsnəyi qıcıqlandırmaqla qusma yaradılır. 
Sonrakı yardımlar isə imalə,ağrılar olduqda atropin vurmaq, susuzlaşma olduqda 
maye köçürtmək, kollaps olduqda ürək-damar preparatları yeritmək və s. ibarətdir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.514“ 
Çıraq ” 2008. 
186. Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti 
qadağandır? 
A) Xəstəni ən yaxın xəstəxanaya aparmaq 
B) Dərialtına kofein, kordiamin, kamfora vurmaq (damar çatışmazlığı olarsa) 
C) Elektrik vurma nəticəsində əmələ gələn yanıq nahiyəsinə aseptik sarğı qoymaq 
D) Xəstəni dərhal cərəyan mənbəyindən ayırmaq
E) Elektrik vurmuş şəxsi torpağa basdırmaq 
Elektrik vurma zamanı əksər zərəçəkmişlərdə kəskin damar çatışmazlığı və tənəffüs 
pozğunluğu olur, ona görə zərərçəkmişin bu zaman torpağa basdırılması onun 


57 
vəziyyətini daha da ağırlaşdırar. Digər bəndlərdə göstərilən yardımlar isə xəstənin 
vəziyyətini yaxşılaşmasına kömək edər. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.521“ 
Çıraq ”2008. 
187. Poliuriya nədir? 
A) Sidik ifrazının olmaması
B) Gün ərzində ifraz olunan sidiyin miqdarının azalması 
C) Gün ərzində ifraz olunan sidiyin miqdarının artması
D) Sidik kisəsinin boşalmasının mümkün olmaması
E) Tez-tez az miqdarda sidik ifrazının olması
Gün ərzində normada insan 1,5 litrə qədər sidik ifraz edir. Poliuriya- bir gün 
ərzində ifraz olunan sidiyin miqdarının atrmasıdır. Bu ən çox şəkərli diabet 
xəstələrində müşahidə olunur.Poli-lat.çox,uro-sidik.
Ədəbiyyat: 
N.R. 
Paleyevin 
redaktəsi 
ilə“Tibb 
bacısının 
məlumat 
kitabı”.Səh.90“Azərnəşr” Bakı 1984 
В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin