Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Mədə qanaxması zamanı tibb bacısının taktikası nədən ibarətdir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə59/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   274
Tibb bacisi test suallari

192. Mədə qanaxması zamanı tibb bacısının taktikası nədən ibarətdir? 
A) Mədəni yumaq 
B) Xəstəyə ağrıkəsici vermək 
C) Təcili həkimə xəbər vermək


59 
D) Epiqastral nahiyəyə isitqac qoymaq
E) Xəstəni sakitləşdirmək 
Mədə qanaxması ağır fəsad olduğundan tibb bacısı sərbəst olaraq qərar vermək 
səlahiyyətinə malik deyil. Ona görə də ilk növbədə həkimə xəbər verməlidir.
Ədəbiyyat:
 
Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 235. “Maarif” 1974 
 
193. Hipoqlikemik koma zamanı həkim gələnə qədər tibb bacısının göstərdiyi 
yardımlardan hansı xəstənin vəziyyətini daha da ağırlaşdırar? 
A) Xəstəyə bir neçə parça qənd vermək 
B) Xəstəyə şirin çay vermək 
C) Venaya 20-40 ml 40 %-li qlükoza məhlulu yeritmək 
D) Dərialtına insulin vurmaq
E) Xəstəyə bir qaşıq bal vermək 
Xəstənin hipoqlikemik komaya düşməsinə səbəb qanda şəkərin səviyyəsinin aşağı 
düşməsidir, bu da əsasən şəkərli diabeti olan xəstə insulin vurduqdan sonra yemək 
yemədikdə baş verir. Ona görə belə xəstəyə ilk yardım göstərərkən ilk növbədə qanda 
şəkərin səviyyəsini artırmaq lazımdır, bunun üçün xəstəyə şirniyyat verilir, venasına 
qlükoza məhlulu yeridilir. Bu halda insulin vurmaq isə xəstənin vəziyyətinin daha da 
ağırlaşdıra bilər. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511“ 
Çıraq ”2008. 
194. Nəbz kəsiri nədir? 
A) Sağ və sol qolda nəbzin sayının müxtəlif olması 
B) Periferik nəbzin sayı ilə ürək yığılmalarının sayı arasındakı fərq
C) Nəbzin sayının normadan az olması 
D) Nəbzin sayının normadan çox olması 
E) Nəbzin ritminin pozulması 
Bəzən ürək xəstəlikləri zamanı sol mədəcik o qədər zəif yığılır ki, nəbz dalğaları 
periferiyaya gedib çıxmır, bu zaman ürək yığılmalarının sayı ilə nəbz vurğusunun 
sayı arasında fərq olur, buna nəbz kəsiri deyilir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.65“ 
Çıraq ” 2008. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin