Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Xarici qulaq keçəcəyinin yuyulması nə ilə həyata keçirilir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə246/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   242   243   244   245   246   247   248   249   ...   274
Tibb bacisi test suallari

911.Xarici qulaq keçəcəyinin yuyulması nə ilə həyata keçirilir? 
A) Atravmatik pipetka 
B) Qulaq qıfı 
C) Qulaq zondu 
D) Jane şprisi
E) Steril tampon 
Xarici qulaq keçəcəyinin yuyulması jane şprisi ilə həyata keçirilir.Jane şprisinə 35-
37°C temperaturda su və ya furasilin məhlulu yığılır.Xəstə işıq mənbəyinin yaınında 
oturdulur.Xəstənin çiyni dəsmal ilə örtülür və qulağının altına tutmaq üçün böyrək 
şəkilli ləyən verilir. Sol əllə qulaq seyvanı arxaya və yuxarı dartılır.Sağ əllə şprisin 
ucluğu xarici qulaq keçəcəyinə yeridilir. Xarici qulaq keçəcəyinin yuxarı arxa divarı 
boyunca təzyiqlə maye yeridilir.Yuyulmuş suya nəzarət etmək lazımdır.Proseduradan 
sonra qulaq keçəcəyi tam qurudulur.Sonda istifadə olunan materiallar dezinfeksiya 
edilir. 


256 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 299 
912.Qulaq seyvanın hematoması zamanı ilkin tibbi yardım nədən ibarətdir? 
A) Qızışdırıcı sarğının qoyulması 
B) Aseptik sarğının qoyulması
C) Spirtli tamponun qoyulması 
D) Buz qovuqcuğunun və sıxıcı sarğının qoyulması
E) Qulaq seyvanının hidrogen-peroksid ilə işlənməsi 
Qulaq seyvanının hematoması zədələnmə nəticəsində dəri örtüklərinin tamlığının 
pozulmaması ilə gedən, qığırdaq və qığırdaq üstlüyü arasındakı sahədə baş verən 
qansızmadır. Bu zaman ilkin tibbi yardım buz qovuqcuğunun və sıxıcı sarğının 
qoyulmasından ibarətdir. Sonradan həkimin konsultasiyası vacibdir. Əgər vaxtında 
düzgün yardım göstərilməzsə hematomanın infeksiyalaşması,qığırdaq və qığırdaq 
üstlüyünün iltihabı baş verə bilər. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 169 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin