1
TİBB BACISI İXTİSASI ÜZRƏ NÜMUNƏVİ TEST SUALLARI
Bölmə I
1
. Göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi deyil?
A) Növbə talonu yazmaq
B) Xəstəlik tarixində gündəlik yazmaq
C) Xəstənin başqa həkimin müayinəsinə göndərilməsi ilə əlaqədar bütün yazı
işlərini görmək
D) Həkim xəstəni qəbul edənə qədər lazım olan alətləri hazırlamaq
E) Həmin gün qəbul ediləcək xəstələrin xəstəlik tarixlərini ayırmaq
Poliklinikada xəstəlik tarixində gündəlik yazmaq həkimin səlahiyyətinə aiddir,
sadalanan digər vəzifələr isə poliklinika tibb bacısınin vəzifəsidir.
Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 88,
Bakı 2008.
2.
Mədə qanaxmasında həkiməqədər yardıma nə daxildir?
A) Spazmolitik preparatlar, buz qovuğunun tətbiqi
B) Mədənin yuyulması, buz qovuğunun tətbiqi
C) Qansaxlayıcı preparatlar, buz qovuğunun tətbiqi
D) Aclıq və buz qovuğunun tətbiqi
E) Aclıq və qansaxlayıcı preparatların tətbiqi.
Mədə qanaxması zamanı həkim gələnə qədər xəstəyə ilk yardım göstərmək üçün onu
uzandırıb mədə nahiyəsinə buz qovuğu qoyulur, su və qida qəbulu qadağan edilir,
qansaxlayıcı preparatlar həkim gəldikdən sonra, onun təyinatına əsasən vurulur. Buz
qovuğunun təsirindən damarlar daralır və qanaxma zəifləyir.
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev.Xəstələrə qulluq. Səh.188 “Təhsil” Bakı 1998
3.
1Təsir Vahidi (TV) insulin 5 qr qlükozanı qlikogenə çevirirsə, 200 qr
qlükozanı qlukogenə çevirmək üçün neçə TV insulin götürülməlidir?
A) 40 TV
B) 25 TV
C) 60 TV
D) 20 TV
E) 10 TV.
200 qr qlükozanı qlikogenə çevirmək üçün neçə TV insulin lazım olmasını tənasüb
yolu ilə tapa bilərik.
1TV--- 5 qr
X TV---200 ml. qr X=200 : 5 = 40 TV
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.158
2
“Çıraq “ 2008.
Dostları ilə paylaş: |