12. Əzələdaxili inyeksiya hansı bucaq altında aparılır? A) 90°
B) 45°
C) 30°
D) 60°
E) 75°
90°-li bucaq altında inyeksiya aparıldıqda iynə yaxşı inkişaf etmiş dərialtı piy toxumasından keçib dərində yerləşmiş əzələ qatına çatır. Əks halda yeridilən dərman əzələyə çatmaz, sorulması pozular və bu da müxtəlif ağırlaşmalara - absesə, infiltrasiyaya səbəb olar. Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq Səh.152 “Təhsil” Bakı 1998. 13. Aktiv xəstənin yataq ağlarını neçə gündən bir dəyişdirmək lazımdır? A) 7gündən bir
B) 14 gündən bir
C) Ayda 2 dəfə
D) Ayda bir dəfə
E) Gündə bir dəfə
Əgər xəstə aktiv vəziyyətdədirsə 7 gündən bir gigiyenik vanna və ya duş qəbul edir və yataq ağları dəyişdirilir, əgər xəstə passiv vəziyyətdədirsə, onda xəstənin yataq ağları hər gün dəyişdirilməlidir. Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 65 “Təhsil” Bakı 1998 14 .
Bayılma zamanı ilk yardım nədən ibarətdir? A) Ürək nahiyəsinə soyuq kompress qoymaq
B) Xəstəni otuzdurmaq
C) Ətraflara turna qoymaq
D) Ürək nahiyəsinə isitqac qoymaq
E) Xəstəyə üfüqi vəziyyət vermək
Bayılmaya səbəb kəskin damar çatışmazlığıdır. Bunun nəticəsində beyinə gedən qanın miqdarı azalır, ona görə də xəstəyə üfüqi vəziyyət verdikdə beyinə qan axını yaxşılaşır və xəstə özünə gəlir.
5
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 513 ”Çıraq” 2008. 15. Yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi necə adlanır? A) Qastroskopiya
B) Duodenoskopiya
C) Kolonoskopiya
D) Ezofaqoskopiya
E) Sistoskopiya
“
Kolon” latın dilində yoğun bağırsaq, “skope” - baxıram deməkdir. Latın dilindən tərcüməyə əsaslanaraq kolonoskopiya yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi deməkdir. “Endo”- daxili deməkdir. Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev, .”Xəstələrə qulluq”,. Səh.217. “Təhsil” Bakı 1998.