7
22. Hiperqlikemik koma zamanı xəstənin nəfəsində hansı iy hiss olunur?
A) Alkoqol iyi
B) Aseton iyi
C) Tütün iyi
D) Ammonyak iyi
E) Lax yumurta iyi
Şəkərli diabet zamanı qanda və sidikdə çoxlu miqdarda aseton cisimcikləri əmələ
gəlir, nəticədə xəstədə asetonuriya olur və nəfəsindən kəskin aseton qoxusu gəlir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.159
“Cıraq” 2008.
23. Dərman maddələrinin vena daxilinə yeridilməsinin əsas üstünlüyü nədən
ibarətdir?
A) Asan olması
B ) Müxtəlif dərman preparatlarının yeridilə bilməsi
C ) Qaraciyərin baryer rolunun kənarda qalması
D ) Allegik reaksiyanın olmaması
E ) Təxirəsalınmaz yardım zamanı effektin tez əldə edilməsi
Orqanizmə yeridilmə yollarından asılı olmayaraq bütün dərman preparatları
toxumalara qan vasitəsilə təsir göstərir. Dərman maddəsinin venadaxilinə
yeridilməsi birbaşa toxumalara çatdığı üçün daha tez təsir göstərir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 182-186. “Maarif” 1974
Dostları ilə paylaş: