Təbii qidalanan 6 aylıq uşaq doymursa ana südünü əvəzedici nə vermək olar?
Çay, su
Adaptasiya olunmuş qarışıqlar
5% qlükoza məhlulu
Yalnız ana südü verilir
Sadə qarışıqlar verilir
6 ayadək uşaqların yedizdirilməsində ana südü əsas rol oynayır. Əgər anada hipoqalaktiya (anaın südünün çatışmazlığı) muşahidə olunarsa, tərkibinə görə ana südünə yaxın adaptasiya olunmuş qarışıqlar verilir.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
Südəmər uşaq necə qidalanmalıdır?
3 saatdan bir
Uşaq tələbatına görə, sərbəst qidalanır
2 saatdan bir
4 saatdan bir
6 saatdan bir
Südəmər uşaq təbii bəslənərkən sərbəst qidalandırılmalıdır , yəni uşaq tələbatına görə qidalanmalıdır. Bu da prolaktin hormonunun ifrazını stimulyasiyaına,süd ifrazının artmasına səbəb olur.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34
Dostları ilə paylaş: |