Doğulduqdan sonra yenidoğulma dövrü hansı müddət hesab edilir?
10 ayadək
2 ayadək
1 ayadək
3 ayadək
4 ayadək
Yeni doğulma dövrü təsnifata görə uşaq doğulan gündən 1 aya qədər olan müddətdir. Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
Uşaqda raxit xəstəliyinin yaranmasının səbəbi nədir?
A vitamininin çatışmazlığı
B qrup vitaminlərinin çatışmazlığı
D vitamininin çatışmazlığı
Dəmir çatışmazlığı
C vitaminin çatışmazlığı
Raxit uşaqlar arasında ən çox rast gəlinən xəstəlikdir. Orqanizmdə vitamin D-nin çatışmazlığı nəticəsində kalsium -fosfor mübadiləsinin pozulması baş verir. Kalsium orqanizmə az sorulur ki, nəticədə raxit xəstəliyi əmələ gəlir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri “Bakı ,2008 , səh 13.
Dostları ilə paylaş: |