Uşaqlarda böyük əmgək neçə ayında bağlanır ?
A) 8- 11
B) 4 -7
C) 12-15
D) 9 -10
E) 15- 17
Uşaq doğularkən kəllə sümüklərinin birləşmə yerlərində olan kiçik əmgəklər bağlanlr. Alın və təpə sümükləri arasında olan böyük əmgək isə uşagın 12-15 ayında bağlanlr.
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 66
Uşaqlarda gecə sidiyi saxlaya bilməmək necə adlanır ?
Proteinuriya
Anuriya
Oliqouriya
Enurez
Qlükozuriya
Gecə sidiyi saxlaya bilməmək-enurez ən cox məktəbəqədər bəzən yeniyetmə dövrundə oğlanlarda daha çox baş verir. Enurezin əmələ gəlməsində böyrək xəstəlikləri və sinir sistemi tərəfindən psixi travma qorxu və s.səbəb ola bilər.
Ədəbiyyat:A.A.Əyyubova –Uşaq xəstəlikləri. Bakı. 2008,səh 269
Dostları ilə paylaş: |