Yanıq xəstəliyinin inkişafında 4 faza müəyyən edilir: 1.Yanıq şoku. 2. Toksemiya. 3. Septikotoksemiya. 4. Rekonvalesensiya. Toksemiya fazası 3-4-cü gündən sonra başlayıb 15 günə qədər davam edir. Şiddətli toksemiya və intoksikasiya ilə müşayiət olunur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 284) N.P.Paleyev Bakı-1991
Ətraf amputasiya olunduqdan sonra qalan güdülə hansı sarğı qoyulur?
Sapand şəkilli sarğı
Sünbülvari sarğı
Qayıdan sarğı
Dezo sarğısı
Spiral sarğı
Qayıdan sarğı dairəvi nahiyələrə, başa, amputasiyadan sonrakı güdülə qoyulur. Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 310) N.P.Paleyev Bakı-1991