Döş qəfəsi yaralanmaları zamanı hansı hermetik sarğıdan istifadə edilir?
Bint
Gips
Ləçəkvari
Okkuluzion
Yapışqan plastrlı
Döş qəfəsi yaralanmaları zamanı döş divarında plevra boşluğuna keçən dəlik olduqda hava döş divarı yarasından plevra boşluğuna daxil olur ki, bu da “pnevmotoraks” adlanır. Bu zaman həmin dəliyi qapamaq üçün hermerik sarğı lazım gəlir :bu sarğı okkuluzion sarğı adlanır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 197
Qış fəslində Esmarx turnasının saxlanma müddəti nə qədərdir?
2 saat
0,5 saat
1-1,5 saat
3 saat
45 dəqiqə
Qış fəslində soyuğun təsirindən damarlarda spazm yarandığı üçün turnadan aşağı hissədə toxumalarda qidalanma pozğunluğu daha tez baş verə bilər. Buna görə qış fəslində Esmarx turnası yaya nisbətən daha az müddət, 1-1,5 saat (yay fəslində 2 saat saxlanıla bilər).
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
Dostları ilə paylaş: |