Morfi opi çətənəsindən alınan preparatdır. Bu maddəyə asılılıq tez yaranır. Ədəbiyyat:N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 309
Stasionarda xəstənin vəziyyəti qəfildən dəyişib. Psixomotor oyanıqlıq qeyd olunur. Ünsiyyətə daxil olmur, ətrafdakılara və özünə zərər yetirir. Tibb bacısı nə etməlidir?
Psixomotor oyanıqlıq - bir çox psixi xəstəliklər çərçivəsində inkişaf edərək təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan kəskin cərəyan edən xəstəlikdir. Bu həyəcanlı reaksiya zamanı onlar özləri və ətrafdakı şəxslər üçün təhlükəli ola bilər. Əlavə müalicə tədbirlərinin görülməsi üçün tibb bacısı xəstənin vəziyyətindəki dəyişiklik barədə həkimə xəbər verməlidir
Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.453