Dizenteriyada infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
İri və xırda buynuzlu mal-qara
Xəstə insan, rekonvalessentlər, bakteriya gəzdirənlər
Vəhşi və ev quşları
Qansorucular
Bit,birə,gənə
Dizenteriya antroponoz xəstəlik olduğu üçün yalnız insanlar arasında yayılır və xəstəlik mənbəyi də yalnız xəstə insan, rekonvalessentlər, bakteriya gəzdirənlərdir.
Ədəbiyyat: Ə.H.Vəliyev “İnfeksion xəstəliklər” 2009 səh 152
Botuluzmin infeksiya mənbəyi hansıdır?
Xəstə insan
Gəmiricilər, həşaratlar
İstiqanlı və bəzən soyuqqanlı heyvanlar
Bakteriya gəzdirənlər
Ağcaqanadlar
Təbiətdə botulizmin mənbəyi istiqanlı və bəzi soyuqqanlı heyvanlar hesab olunur. Ədəbiyyat: N.Əliyev “Yoluxucu xəstəliklər” 1993,səh 203
Dostları ilə paylaş: |