Stasionarda səhər növbəsini təhvil verməzdən əvvəl tibb bacısı hansı formanı doldurmalıdır?
Forma 006/ u
Forma 003/u
Forma 001/u
Forma 007/u
Forma 1-84
Stasionarda səhər növbəni təhvil verməzdən əvvəl tibb bacısı xəstələrin hərəkəti və çarpayı fondu barədə olan vərəqi forma - 007/u doldurur. Forma 003/u qəbul şöbəsində doldurulur, xəstəlik tarixçəsinin titul vərəqidir. Forma 001/u xəstələrin daxil olma jurnalına alınan məlumatların qeyd edilməsidir. Forma 066/u “Stasionardan çıxan xəstənin statistik vərəqi” dir, tibb bacısı tərəfindən bunun pasport hissəsi və sol yarısı doldurulur. Forma 1-84 palata tibb bacısı tərəfindən bufet və mətbəx üçün yazılan tələbnamədir.
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 51 ; 34. “ Təhsil ” Bakı 1998.