Miokard infarktı keçirmiş xəstəyə tibb bacısı nəyi qadağan edə bilər?
Suda bişmiş balığı
Meyvə şirələrini
Qaz əmələ gətirən qidaları (lobya, kartof, qara çörək və s.)
Buxarda bişmiş kotleti
Suda bişmiş əti
Qaz əmələ gətirən qidalar qarının köpməsinə səbəb olur, nəticədə diafraqma qalxır, ürəyin işi çətinləşir, tac damarlarda qan dövranı pisləşır, ona görə miokard infarktı keçirmiş xəstələrə qaz əmələ gətirən qidalar yemək qadağan edilir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141“Çıraq” 2008.
Kəskin böyrək xəstəlikləri zamanı sadalananlardan hansı tibb bacısının vəzifəsi deyil?
Xəstənin yataq rejimində olmasına nəzarət etmək
Həkimin təyin etdiyi dərmanları xəstənin qəbul etməsinə nəzarət etmək
Paranefral blokada aparmaq
Xəstənin sidik müayinələrinin cavablarını xəstəlik vərəqində qeyd etmək
Xəstənin pəhriz saxlamasına nəzarət etmək
Kəskin böyrək xəstəlikləri zamanı sidiyin miqdarı azaldıqda Vişnevski üsulu ilə paranefral novokain blokadası aparlır. Paranefral blokadanı həkim aparır, tibb bacısı isə novokain blokadası aparmaqda həkimə kömək edir, alətləri və dərmanları hazırlayır, blokadadan sonra xəstənin vəziyyətinə nəzarət edir. Digər variantlarda göstərilənlər isə birbaşa tibb bacısının vəzifəsidir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.154“ Çıraq ” 2008.
Dostları ilə paylaş: |