Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı ərzaq çıxarılmalıdır?
Südlü sıyıq
Süd
Çörək
Ət
Yağ
Nəcisdə gizli qanı aşkar etmək üçün xəstə üç gün əvvəldən hazırlanır. Belə ki, xəstələr bu üç gün ərzində ət, balıq və onlardan hazırlanan qida qəbul etməməlidirlər. Əks halda müayinənin nəticəsi düzgün olmaya bilər.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.78 “Azərnəşr”Bakı 1984
Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət verilməlidir?
Xəstə xərəkdə bir tərəfi üstdə uzanmalıdır
Xəstəyə xərəkdə yarımoturaq vəziyyət verilməlidir
Xəstə xərəkdə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalıdır
Xəstə xərəkdə arxası üstə, başı yana çevrilmiş vəziyyətdə uzanmalıdır
Xəstəni xərəkdə baş hissəsi aşağı salınmış vəziyyətdə uzanmalıdır
Xəstələrin nəql olunma formaları xəstəliklərin xarakterindən asılıdır və bu nəqlolunma qaydalarını tibb bacısı dəqiq bilməlidir. Daxili qanaxmalar zamanı xəstə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalı, dizaltı nahiyələrə isə yastıq qoyulmalıdır.
Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev.Xəstələrə qulluq Səh. 45.“ Təhsil ”Bakı 1998.
Dostları ilə paylaş: |