Mədə qanaxması ağır fəsad olduğundan tibb bacısı sərbəst olaraq qərar vermək səlahiyyətinə malik deyil. Ona görə də ilk növbədə həkimə xəbər verməlidir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 235. “Maarif” 1974
Hipoqlikemik koma zamanı həkim gələnə qədər tibb bacısının göstərdiyi yardımlardan hansı xəstənin vəziyyətini daha da ağırlaşdırar?
Xəstənin hipoqlikemik komaya düşməsinə səbəb qanda şəkərin səviyyəsinin aşağı düşməsidir, bu da əsasən şəkərli diabeti olan xəstə insulin vurduqdan sonra yemək yemədikdə baş verir. Ona görə belə xəstəyə ilk yardım göstərərkən ilk növbədə qanda şəkərin səviyyəsini artırmaq lazımdır, bunun üçün xəstəyə şirniyyat verilir, venasına qlükoza məhlulu yeridilir. Bu halda insulin vurmaq isə xəstənin vəziyyətinin daha da ağırlaşdıra bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511“ Çıraq ”2008.