Xəstənin müalicəsi ilə əlaqədar məlumatları kartotekaya yazır
Rentgen və laborator müayinələrin nəticələrini xronoloji qaydada xəstəlik tarixinə yapışdırır
Dispanser həkimi xəstəni müayinə etdikdən sonra lazım olan analizləri (rentgenoqrafiya, laboratoriya analizləri, tuberkulin sınağı və s.) təyin edir, sonra müvafiq müalicə aparır. Sahənin tibb bacısı isə xəstənin qəbulunda həkimə hər cür kömək edir: rentgenoloji və laborator müayinələrin nəticələrini həkimə gətirir, onları xəstəlik tarixinə ardıcıl yapışdırır, xəstəyə kartoteka açır və buraya xəstə barədə məlumatları yazır (dispanserə gəlməsini, hansı dərmanları və proseduranı qəbul etməsini, stasionara və ya sanatoriyaya göndərilməsini və s.)
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.171“ Çıraq ”2008