Qazçıxarıcı borunu nə üçün bağırsaqda çox saxlamaq olmaz?
Müalicə effekti olmur
Xəstəni narahat edir
Bağırsaq divarında yara əmələ gələ bilər
Sterilliyi pozulur
Qeyri-iradi nəcis ifraz olunur
Qazçıxarıcı borunu ən çoxu 2 saatdan artıq bağırsaqda saxlamaq olmaz, əks halda düz bağırsağın selikli qişasında uzun müddət qıcıqlanma nəticəsində yara əmələ gələ bilər.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 202. “ Təhsil” Bakı 1998.
Kateterizasiyadan əvvəl kateterə nə sürtülür?
Antiseptik məhlul
Qliserin
Steril vazelin yağı
Təmiz su
Bitki yağı
Sidik kisəsindəki sidiyi boşaltmaq, yaxud ora müxtəlif dərmanlar yeritmək üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edilir, lakin kateteri yeritməzdən əvvəl mütləq onu steril vazelin yağı ilə silirlər, belə etdikdə kateter rahat salınır, onun keçdiyi nahiyələr zədələnmir.
Ədəbiyyat: C.N. Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 229. “ Təhsil” Bakı 1998.
Dostları ilə paylaş: |