Vena daxilinə damcı üsulu ilə dərman yeridilərkən xəstənin hansı vəziyyətidə olması daha əlverişlidir?
A) Oturmuş
B ) Arxası üstə uzanmış
Ayaq üstə
Qarnı üstə uzanmış
Sol tərəfi üstə uzanmış
Venadaxilinə damcı üsulu ilə maye yeritmək digər inyeksiyalara nisbətən uzun sürür , ona görə bu inyeksiya zamanı xəstə uzandırılır, ona rahat vəziyyət verilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156. “ Təhsil “Bakı 1998
İnsulinlə müalicə zamanı baş verə biləcək yerli ağırlaşma hansıdır?
Hepatit
Nekroz
Lipodistrofiya
Tromboflebit
Qanaxma
Lipodistrofiya insulin yeridilməsi zamanı rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir.
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 160. “ Təhsil “ Bakı 1998
Dostları ilə paylaş: |