Dərman maddələri hansı yolla yeridilməsi inhalyasiya adlanır?
Düz bağırsağa
Dilaltına
Tənəffüs yoluna
Dəriyə
Uşaqlıq yoluna
İnhalyasiya dərman maddələrinin nəfəslə (yəni tənəffüs yolu ilə)bədənə daxil edilməsi yoludur.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 50 “Çıraq “ 2008.
“B” siyahısına aid dərman maddələrinin əsas fərqləndirici xüsusiyyəti hansıdır?
Bahalı olması
Güclü təsir göstərməsi
Zəhərli olması
Yuxugətirici təsirinin olması
Antibiotiklərdən ibarət olması
“B” siyahısına çox güclü dərmanlar daxildir və bu dərmanlar stasionarda taxtadan qayrılmış ayrıca şkafda, qıfıl altda saxlanılır. Çox güclü dərmanların ehtiyatı 10 günlük tələbatdan çox olmamalıdır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 108“Çıraq “ 2008
Dostları ilə paylaş: |