Dəriiçi inyeksiya hansı nahiyədə aparılır?
Sağrı
Saidin içəri səthi
Göbək ətrafı nahiyədə
Bazunun içəri səthi
Budun bayır səthi
Dəriiçi inyeksiya əsasən diaqnostik məqsədlə,antibiotiklərə qarşı orqanizmin həssaslığını təyin etmək məqsədilə aparılır. Diaqnostik məqsədlə dəriiçi inyeksiya saidin ön səthinin aşağı hissəsində aparılır.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 150. “ Təhsil” Bakı 1998.
Dərman maddələri əzələdaxili hansı nahiyəyə yeridilir?
Qarnın ön divarı
Kürəkaltı nahiyyə
Saidin içəri səthi
Sağrı əzələsi , Deltayabənzər əzələ
Saidin bayır səthi
Əzələ daxilinə yeridilən dərmanlar əzələlərdə qan dövranının güclü olması hesabına daha tez sorulur. Bu məqsədlə inyeksiya yaxşı inkişaf etmiş əzələyə, əsasən də deltayabənzər əzələyə edilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil”Bakı 1998
Dostları ilə paylaş: |