Mədə-bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək lazımdır?
Yeməkdən əvvəl
Yemək vaxtı
Yeməkdən sonra, su ilə
2 yemək arasında
Yeməkdən 2 saat sonra
Həzm traktını qıcıqlandıran dərmanlar ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra həkimin göstərişindən asılı olaraq su ilə qəbul edilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
10%-li kalsium-xloridin vena daxili düzgün yeridilməməsi nəticəsində hansı yerli ağırlaşma inkişaf edir?
Nekroz
Abses
Hepatit
Tromboflebit
Qanaxma
Nekroz güclü qıcıqlandırıcı dərmanların, əsasən də 10 %-li kalsium xlorid məhlulunun səhvən dərialtına yeridilməsi zamanı baş verir.Belə hal olduqda dərhal həmin nahiyəyə fizioloji məhlul yeridərək,soyuq qoyulur,bunlar kömək etmədikdə isə nekrotik toxumalar cərrahi yolla kənar edilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 1998
Dostları ilə paylaş: |