Baş beynin zədələnməısi yenidoğulma dövrünün ağır patologiyası sayılır.Bu zaman baş beynin ödemi və kəllədaxili qansızmalar olur. Qansızmanın lokalizasıyasından asılı olaraq uşaqda müxtəlif əlamətlər baş verir. Vacib diaqnostik əlamət qıcolmadır. Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
Hemolitik xəstəlik hansı hallarda baş verə bilər?
Hər ikisində Rh(-)qan
Anada Rh(+) və uşaqda Rh(-)qan
Anada Rh(-) və uşaqda Rh(+) qan
Hər ikisində Rh(+) qan
Anemiya
Hemolitik xəstəlik anada rezus mənfi –Rh(-), uşaqda isə Rh(+) qan olduqda baş verir. Dölün rezus amili ana qanına keçdikdə anti – rezus əks cisimlər əmələ gəlir. Bunlar ciftdən keçərək dölün qanına düşür, döldə antigen-anti cism reaksiyası baş verir. Eritrositlərin hemolizə uğraması nəticəsində hemolitik xəstəlik əmələ gəlir.