Şəkərli diabet hansı üzvün hipofunksyasının nəticəsidir?
Böyrəyin
Qaraciyərin
Dalağın
Mədəaltı vəzin
Hipofizin
Şəkərli diabet polietioloji xəstəlikdir. Xəstəliyin baş verməsində irsi amil də rol oynayır.Başlıca səbəb mədəaltı vəzin insulin sintezi və sekresiyasının pozulmasıdır. Uşaq yaşlarında boy artımı cinsi inkişafla əlaqədar oladuğundan insulinə tələbat yüksək olur. Bu isə insulyar aparatın tükənməsinə səbəb olur. Nəticədə diabet inkişaf edir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008, səh 333.
Qızılcanın aktiv immunizasiyası nə ilə aparılır?
Diri qızılca vaksini ilə
İnsan immunoqlobulini ilə
Tuberkulinlə
Askorbin turşusu ilə
BSJ ilə
Diri qızılca vaksini. Qızılcanın aktiv immunizasiyası diri qızılca vaksini Q.P.M. ilə edilir. 1 və 6 yaşda dəri altına vurulur.
Ədəbiyyat:Təcrübədə immunlaşdırma metodik göstərişlər. Modul 2 səh 18
Hansı heyvanın əti trixinellyozun mənbəyi ola bilər?
Donuz
Mal
Quş
Qoyun
Dovşan
Donuz əti trixinellyozun mənbəyi ola bilər.
“Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.169
Tiroksin hormonunun əmələ gəlməsi üçün hansı biomikroelement lazımdır?
Yod
Flüor
Dəmir
Nikel
Manqan
Yod qalxanabənzər vəzinin hormonu – trioksinin əmələ gəlməsi üçün lazımdır.
Ədəbiyyat:A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.45
Dostları ilə paylaş: |