Uşaqlarda enterebiozu nə törədir?
Lyamblya
Askarid
Bizquyruq
Öküz soliteri
Trixosefalioz
Qurd invaziyaları içərisində uşaqlar arasında enteribioza daha çox təsadüf edilir. Xəstəliyi bizquyruq qurdlar törədir,yaşama müddəti 3-4 həftədir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 139
Eksudativ – kataral diatez nədir?
Sağlam vəziyyətdir
Bədən quruluşunun anomaliyasıdır
Ayrıca xəstəlikdir
Sindromdur
Dəri allergiyasıdır
Eksudativ-kataral, diatez erkən yaşlı uşaqlar arasında rast gəlinir və 2-3 yaşa qədər davam edir.Əsaən dəri və selikli qişalar zədələnir,belə uşaqların dili xəritəyə bənzədiyi üçün “coğrafi dil”adlanır. EKD xəstəlik deyil sindromdur, onun əmələ gəlməsində genetik faktor da rol oynayır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 69
Dostları ilə paylaş: |