Uşaqlarda yalançı inaq tutması zamanı hansı əlamətlər baş verir?
Qusma, ishal
Hərarət
Hürücü öskürək, boğulma, tənəffüsün çətinləşməsi
Sianoz
Baş ağrısı
Yalançı inaq kəskin larinqotraxeit zamanı əmələ gəlir. Səs telləri şişir, səs yarığı daralır, nəticədə uşaqda tənəffüs çətinləşir, hürücü öskürək və boğulma olur.
Ədəbiyyat: A.A.Əyyubova .“Uşaq xəstəlikləri.” Bakı.2008,səh 205
Uşaq üçün duodenal zondun uzunluğu necə təyin ounur?
Dişdən göbəyə qədər
Dildən göbəyə qədər
Döş sümüyündən göbəyə qədər
Qaş arasından göbəyə qədər
Burundan göbəyə qədər
Duodenal zondlama həm diaqnostika həm də müalicə məqsədilə aparılır,xəstəliklər zamanı diaqnostika məqsədi ilə aparılır. Bunun üçün əvvəl zondun uzunluğu təyin edilməlidir. Bu qaş arasından göbəyə qədər olan məsafə ilə təyin edilir.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri. ”Bakı. 2008 ,səh 108
Dostları ilə paylaş: |