Doğulduqdan sonra Hepatit B-yə qarşı ilk peyvənd nə vaxt vurulur?
İlk 12 saat ərzində
3 gündən sonra
İlk 24 saat ərzində
Bir gündən sonra
İki gün sonra
Yenidoğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün uşaq doğulduqdan sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur. Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Modul 2. Bakı 2010 ,səh 10
Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?
İlk patronajdan sonra
Doğulan kimi
Doğulandan 8 saat sonra
Göbək yarası sağaldıqdan sonra
Göbək yarası sağalmamış
Gigiyenik vannalar uşağın dərisini təmizləyir və sağlamlaşdırılması üçün aparılır. Gigiyenik vannalar göbək ciyəsi düşəndən 1-2 gün sonra aparılmalıdır.
Ədəbiyyat: N.Tağıyev, “Neonatologiya”, Bakı 2007 , səh 34
Dostları ilə paylaş: |