Hipotireoz hansı üzvün funksional çatışmazlığıdır?
Mədəaltı vəzin
Böyrəküstü vəzin
Hipofiz vəzinin
Qalxanabənzər vəzin
Timus vəzin
Hipotireoz xəstəliyinə uşaqların bütün yaş qruplarında rast gəlinir. Qalxanvari vəzin inkişaf qüsuru və tiroid hormonunun çatışmazlığı nəticəsində əmələ gəlir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 370
Dəmir defisitli anemiyanın kliniki əlamətləri nədir?
Ümumi zəiflik stomatit, qlosst, əlamətləri olur
Qusma, ishal olur, qaraciyər böyüyür
Dəri quru olur qabıq verir, tük tez tökülür-uşaq təbaşir, torpaq yeyir
Dəri və selikli qişalar solğun, qansızmalar baş verir
Dəri sarı və boz rəngdə olur, dalaq böyüyür
Bətndaxili dövrdə hamiləliyin axırıncı iki ayında dəmir anadan dölə keçərək, onun orqanizmində toplanır. Ananın müəyyən xəstəlikləri (anemiyası, hamiləlik toksikozu, bətndaxili infeksiya və s.) dəmirin uşaq orqanizmində depo kimi yaranmasının pozulmasına səbəb olur. Uşaq doğulandan sonra dəmiri qida vasitəsi ilə alır. Hər iki halda dəmir çatışmazlığı dəmir- defisitli anemiyanın əmələ gəlməsinə səbəb olur. Belə uşağın dərisi quru olur, qabıq verir, tükləri tez tökülür. Uşaq torpaq, təbaşir və
s. yeyir.
Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008,səh 301
Dostları ilə paylaş: |