Tibb bacısı tərəfindən hamilə qadına doğuşa qədər neçə patronaj olmalıdır?
4
3
2
5
6
Dölün ana bətnində normal inkişaf etməsi və sağlam böyüməsi üçün və bətndaxili dövrdə hamilə qadına lazımi məsləhətlər vermək üçün tibb bacısı doğuşa qədər bir- neçə dəfə(2 dəfə) patronaj etməlidir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
Uşaq hansı yaşda yeriməyə başlayır?
7-8 ayında
8-9 ayında
11-12 ayında
15-16 ayında
16-18 ayında
Yenidoğulmuşun onurğa sütununda fizioloji əyriliklər əmələ gəlir (boyun, döş və bel) 2 ayında boyun, 6-7 ayda döş, 11-12 ayda bel. Bu əyriliklərə uyğun olaraq uşaq 2 ayında başını saxlayır, 6-7 ayda oturur, 11-12 ayda yeriməyə başlayır.
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 72
Dostları ilə paylaş: |