Uşaqda ac qarına selikli və turş iyli qusma hansı xəstəlikdə çox olur?
Mədə xorasında
Pieloneftitdə
Kəskin qastritdə
Pankreatitdə
Enterokolitdə
Qastrit mədənin selikli qişasının iltihabıdır. Qastrit zamanı mədənin selik ifrazı çoxalır, turşuluq pozulur və qidanın həzmi çətinləşir. Xəstəliyin ən xarakterik simptomu selikli və turş iyli qusmadır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri””Bakı” 2008 səh 82
Qızılca zamanı səpgi neçəngi gün əmələ gəlir?
A) 1-2
B) 2-3
C) 4-5
D) 5-6
E) 7-8
Qızılca kəskin infeksion xəstəlikdir. Xəstəlik kataral əlamətlərlə başlayır.. 4-5-ci gün səpgi əmələ gəlir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр. 488
Epidemik parotitin törədicisi nədir?
Göbələk
Bakteriya
Virus
Bağırsaq çöpləri
Salmonellalar
Epidemik parotit kəskin infeksion xəstəlikdir. Əsas iltihabi proses qulaqdibi vəzilərdə gedir, törədicisi viruslardır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 503
Dostları ilə paylaş: |