Hansı çəkidə doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?
3000 qr
2800 qr
2500 qr
4000 qr
2700 qr
Vaxtından əvvəldoğulmuş uşağın çəkisi 2500 və ondan az olur. Bunun əsas səbəbi hamiləlik dövrünün başa çatmamasıdır. Çünki hamiləliyin axırıncı 2 ayında dölün ana bətnində fiziki cəhətdən böyüməsi başa çatır.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya” Bakı, 2007 səh 125
Uşaqda burun – udlaq keçəcəyinin iltihabı necə adlanır?
Laringit
Rinit
Nazofaringit
Traxeit
Faringit
Uşaqda burun udlaq keçəcəyinin iltihabı nazofaringit adlanır. Anatomik fizioloji xüsusiyyətə görə burunda iltihab olduqda prosesə burun udlaq keçəcəyi də qoşulur,bu səbəbdən də uşaqlarda nazofaringitə çox rast gəlinir.
Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 202
Dostları ilə paylaş: |