Südəmər uşağın qida rasionuna ət qiyməsi nə vaxt daxil edilir?
4-cü aydan
12-ci aydan
9-cu aydan
6-cı aydan
5-ci aydan
Uşaq böyüdükcə onun qida rasionu dəyişir, orqanizmin təlabatı artır.
Ona görə də uşağın qidası müxtəlif tərkibli olmalıdır. 9-cu aydan uşağın qidasına ət qiyməsi daxil edilir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 102
Südəmər uşağa əlavə qida nə vaxt verilir?
Əmizdirmədən sonra
Əmizdirmələr arası
Əmizdirmədən əvvəl
Bir əmizdirmə əvəz edilir
Əmizdirmədən 1 saat sonra
Uşağa əlavə qida onu qidalanma ilə tam təmin etmək üçün verilir. Əlavə qida əmizdirmədən əvvəl məsləhət görülür, çünki döş əməndən sonra uşaq əlavə qida almaqdan imtina edir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 105
Dostları ilə paylaş: |