Mastit nəyin iltihabıdır?
Limfa damarlarının
Limfa düyünlərinin
Süd vəzisinin
Piy vəzilərinin
Tər vəzilərinin
Mastit ən çox doğuşdan sonra baş verir. Xəstəliyi törədən mikroblar stafilokoklar və streptokoklardır. Mikrob ən çox süd vəzisi giləsinin çatlarından daxil olur.Süd axarlarında durğunluğun olması bu prosesi sürətləndirir.
Ədəbiyyat: Cərrahiyyə (səh 206) H.A.Sultanov.Bakı-1997
Əməliyyat tibb bacısı planlı əməliyyatlara hazırlıq məqsədilə neçə saat əvvəl əməliyyat otağında olmalıdır?
40 dəq
30 dəq
1,5 saat
3 saat
2 saat
Əməliyyat tibb bacısı əməliyyat otağına əməliyyatdan 1.5 saat tez gələrək, əməliyyat planına uyğun alətlər dəstini, steril sarğı materiallarını, alət- avadanlıqları və s. işə hazırlayır.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 75) M.M.Abakumov.Moskva-1985
Dostları ilə paylaş: |