Biksi doldurmazdan əvvəl nə ilə silmək lazımdır?
Hidrogen peroksid məhlulu ilə
Brillyant yaşılı ilə
Kalium permanqanat məhlulu ilə
0,5%-li naşatır spirti ilə
Furasillinlə
Biksi doldurmazdan əvvəl içərisi(daxli) və xarici 0.5%-li naşatır spirti ilə silinir. Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 45) M.M.Abakumov. Moskva-1985
Hansı əməliyyatlarda xəstəyə Trendelenburq vəziyyəti verilir?
Neyrocərrahi əməliyyatlarda
Qarın boşluğu orqanlarında aparılan əməliyyatlarda
Düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda
Döş qəfəsi orqanlarında aparılan əməliyyatlarda
Süd vəzisində aparılan əməliyyatlarda
Bu vəziyyətdə xəstənin başı aşağı, çanaq və ayaqları isə yuxarda olmalıdır. Trendelenburq vəziyyəti düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda istifadə edilir.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 19) M.M.Abakumov. Moskva-1985
Dostları ilə paylaş: |